Ukraynanın Rusiyanın cənubundakı liman şəhəri Novorossiyskə gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumları nəticəsində 4 nəfər, o cümlədən bir uşaq həlak olub. Bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.
Qubernatorun sözlərinə görə, hücumlar zamanı daha 29 nəfər yaralanıb və hazırda tibbi yardım alır. Beş yaşayış binasına, kilsəyə və uşaq bağçasına ziyan dəyib.
Ukrayna pilotsuz qüvvələrinin komandanı Robert Brovdi isə Novorossiyskə zərbələr nəticəsində Rusiya hərbi gəmilərinin məhv edildiyini bildirib. Onun sözlərinə görə, itirilən gəmilər arasında raketdaşıyanlar da olub, lakin hücuma məruz qalan gəmilərin sayı açıqlanmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskiy də hücumu təsdiqləyib. O,