Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnasio Kassis ilə görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.