Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Fənərbaxça" "Nottingem" matçı öncəsi ciddi itkilərlə üzləşib

2 dəq
Paylaş:
"Fənərbaxça" "Nottingem" matçı öncəsi ciddi itkilərlə üzləşib

” UEFA Avropa Liqasının son 16 pley-off mərhələsi çərçivəsində İngiltərənin " Forest" klubunu qəbul etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 19 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 21:45-də start götürəcək bu qarşılaşma öncəsi "Sarı-lacivərdlilər"in heyətində ciddi itkilər mövcuddur.

Komandanın Tedeskonun rəhbərliyi altında meydana çıxacaq heyətdə iki əsas oyunçunun iştirak etməyəcəyi dəqiqləşib:

Edson Alvares: Ayaq biləyindən olunan meksikalı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun ən azı bir ay müddətinə müalicə alacağı və aprel ayında komandaya dönəcəyi gözlənilir.

Arçi Braun: Ağır zədəsini bərpa edən və məşqlərə başlayan ingilis sol cinah müdafiəçisi, tam hazır olmadığı üçün bu matçda riskə edilməyəcək. Tedesko onu oyunun iştirakçı siyahısına sala bilsə də, start heyətində oynatmayacağı və ya ona şans verməyəcəyi bildirilir.

Eyni zamanda, Nelson Semedo və Oğuz Aydın bu görüşdə sarı kart alacaqları təqdirdə fevralın 26-da İngiltərədə keçiriləcək cavab oyununu buraxmalı olacaqlar.

Qeyd edək ki, qarşılaşmanı İsveçrə Futbol Federasiyasından Sandro Şerer idarə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax