Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yevgeni Kukseviç postundan ayrıldı

2 dəq
Paylaş:
Yevgeni Kukseviç postundan ayrıldı

Yevgeni futzal üzrə millisinin və "Araz-" klubunun baş məşqçi postundan ayrılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

O, iyulun sonunda müqaviləsinin müddəti bitən rusiyalı mütəxəssislə yolların ayrılmasının səbəblərini açıqlayıb:

"Bu mövsüm "Araz-Naxçıvan"da müəyyən dəyişikliklər olacaq. Legionerlərin sayını azaldaraq daha çox millinin oyunçularına üstünlük verəcəyik. Bu səbəbdən Yevgeni Kukseviçlə yolları ayırdıq. Həmçinin AFFA İcraiyyə Komitəsi onun milliyə namizədliyini də təsdiqləmədi. Buna görə də o, nə yığmada, nə də "Araz-Naxçıvan"da olacaq".

M.Sadıqov yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də toxunub:

"Yaxın 10 gün ərzində Naxçıvan klubuna yeni baş məşqçi təyinatı gerçəkləşəcək. Bu proses yekunlaşdıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Çox güman, daha həm milliyə, həm də kluba eyni rəhbərlik etməyəcək".

Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə