Əsas məzmuna keç

ETSN nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı məlumat yayıb

ETSN nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə...

Ekologiya və Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə şəxslər tərəfindən subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ETSN-dən bildirilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qeyd edilən obyektlərdə nazirliyin hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.

Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.

Şübhəli hallara rast gəlindikdə isə dərhal Nazirliyin 168 Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…