Ermənistanda əsgərin ölümü ilə bağlı iki hərbçi həbs olunub

Ermənistanda əsgərin ölümü ilə bağlı iki hərbçi həbs olunub
23.02.2023 01:51
Aa
dəq

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyanın ölümü ilə bağlı iki nəfər həbs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, adı açıqlanmayan hərbi qulluqçu dünən həbs olunub. Bundan əvvəl döyüş növbətçiliyi üzrə vəzifəyə cavabdeh olan daha bir hərbi qulluqçu saxlanılıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi fevralın 19-da saat 12:45 radələrində çağırışçı A.Petrosyanın döyüş növbətçiliyi zamanı meyitinin aşkarlandığını xəbər verib. Onun başında güllə yarası aşkarlanıb.

Hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib. İlkin məlumata görə, o, tabeliyindəki avtomatdan açılan atəşdən ölüb.

Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi (ehtiyatsızlıqdan hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma), (komandirə qarşı zorakılıq və ya zor tətbiq etmə hədəsi), (hərbi qulluqçunu təhqir etmə) üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri də güllə yarası alıb.

Həftənin ən çox oxunanları

Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır

Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
DAVAMIN OXU davamın oxu

Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib

Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
DAVAMIN OXU davamın oxu

"Ermənistan Qərb dövlətləri tərəfindən aldadılacaq"

DAVAMIN OXU davamın oxu

Ermənistanda "Qərbi Nil" virusundan ölənlərin sayı 3 nəfərə çatıb

Ermənistanda
DAVAMIN OXU davamın oxu

Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib

Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib
DAVAMIN OXU davamın oxu