Operativ Məlumat Mərkəzi

Ermənistana qazın verilişi dayandırılacaq

1 dəq
Paylaş:
Ermənistana qazın verilişi dayandırılacaq
bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb. "İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar,...

Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.

Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər