Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinovla Sumqayıtda vida mərasimi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reporta"a istinadən xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı evdə - Sumqayıt şəhər 18-ci mikrorayonda keçirilir.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edir.