Ermənistan hökuməti yeni bizneslərin dəstəklənməsi üçün xüsusi fond yaratmaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan jurnalistlərə açıqlamasında bu məsələnin "Dünya Bankı" ilə müzakirə edildiyini bildirib.
Hazırda bankların kiçik biznesi kreditləşdirməyə ehtiyatla yanaşmasının əsas səbəbi sahibkarların nizamnamə kapitalına yatırdığı vəsaitin aşağı səviyyədə olmasıdır.
Nəticədə, maliyyə təşkilatları bu cür şirkətləri daha riskli hesab edir və onlardan mütləq şəkildə girov tələb edirlər.
Mərkəzi Bankın sədri qeyd edib ki, İqtisadiyyat Nazirliyi və "Dünya Bankı"ndan olan tərəfdaşlarla birlikdə yeni fondun yaradılması ideyası nəzərdən keçirilir.
Bu qurum müəyyən şərtlər daxilində yeni başlayan sahibkarlara bank kreditləri almaq üçün girov təminatı verə biləcək.
O, həmçinin əlavə edib ki, təşəbbüs hələlik yalnız müzakirə mərhələsindədir. Maliyyələşmənin cəlb olunması ilə bağlı hər hansı yekun razılaşma hələ ki, əldə edilməyib.