Energetika naziri: "Qarabağ və Naxçıvanın bərpa olunan enerji potensialı 15 QVt-dır"

Energetika naziri: "Qarabağ və Naxçıvanın bərpa olunan enerji potensialı 15 QVt-dır"
03.06.2023 12:00
Aa
dəq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvanın bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 QVt-dır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.

"Bu potensial əsasında azad edilmiş ərazilərdə 53,6 MVt gücündə 11 kiçik su elektrik stansiyası (KSES) bərpa edilib. Hazırda Şərqi Zəngəzurda 70,5 MVt gücündə 7 KSES inşa olunur. Bu il ümumi gücü 76,8 MVt olan daha 9 stansiyanın tikintisinə başlanması planlaşdırılır. Eyni zamanda, KSES-lərin bərpasına özəl investisiya cəlb edilməsi istiqamətində işlər aparılır və bu məqsədlə investisiya müsabiqəsi elan olunub. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da ölkəmizin “yaşıl” inkişafına öz töhfəsini verəcək", - deyə o qeyd edib.

"Bu gün bütün səylərimiz Qarabağ və Şərqi Zəngəzurun enerji keçidinin bütün komponentləri üzrə nailiyyət əldə edildiyi, innovativ təcrübənin geniş tətbiq olunduğu, enerji səmərəliliyində nümunəvi bölgə kimi inkişafına yönəlib. Zəngilanda “Ağıllı Kənd” layihəsi çərçivəsində Ağalıda artıq hidro və günəş enerjisindən istifadə edilir. Belə ki, Həkəri çayı üzərində 636 kVt gücündə Arximed turbini tipli su elektrik stansiyası, binaların üzərində günəş panelləri və günəş kollektorları quraşdırılıb. Bölgənin bütün şəhər və kəndləri xüsusi olaraq hazırlanmış “Yaşıl enerji” konsepsiyasına uyğun olaraq müasir texnologiyaların tətbiqi əsasında layihələndirilir", - deyə nazir əlavə edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu