Ən çox qayda pozan Azərbaycan komandaları

Ən çox qayda pozan Azərbaycan komandaları
22.02.2023 15:20
Aa
dəq

Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox qayda pozuntusu törədən komandalar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahının zirvəsində "Qəbələ" yer alır.

"Qırmızı-qaralar" orta hesabla hər oyunda 14,5 dəfə qaydanı pozub. Növbəti sıralarda müvafiq olaraq "Turan Tovuz" (14,3), "Sabah" (14), "Səbail" (13,9), "Neftçi" (13,9), "Sumqayıt" (13,2), "Kəpəz" (13), "Şamaxı" (13), "Qarabağ" (12,6) və "Zirə" (12) qərarlaşıb.

Sözügedən araşdırma 2022/2023 mövsümündə fevralın 21-dək olan görüşlərə əsasən aparılıb.

Həftənin ən çox oxunanları