Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü

Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü
06.03.2023 10:40
Aa
dəq

“Neftçi” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”u qəbul edib (4:0).

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin matç “ağ-qaralar”ın kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 31 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin 1500-cü qolunun müəllifi olub.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt klubunun qarşılaşmadakı 4-cü qolu yubiley xarakteri daşıyıb.

Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

Xatırladaq ki, “Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu