Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev məktəblərdə telefon qadağasını şərh etdi

2 dəq
Paylaş:
Emin Əmrullayev məktəblərdə telefon qadağasını şərh etdi

Elm və təhsil naziri şagirdlərin dərs vaxtı mobil telefondan və cihazlardan istifadəsinə qoyulan qadağa ilə bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarı edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, nazir "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir.

E. Əmrullayev qeyd edib ki, bu səbəbdən mobil və elektron cihazlardan istifadə məsələsində vahid qaydaların tətbiqinə ehtiyac var:

"Şagirdlərin məktəbə gətirməsi qadağan edilmir. Lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır. Yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür. Məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin prosesinə mane olmasının qarşısını almaqdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax