"Atalanta"nın braziliyalı yarımmüdafiəçisi Ederson Lourensonun "Mançester Yunayted"ə keçidi ilə bağlı təfərrüatlar məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yaxın saatlarda tibbi müayinədən keçəcək.
Tərəflər arasında 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Razılaşmaya əsasən, oyunçunun illik maaşı 5 milyon avro təşkil edəcək.
Transferin ümumi dəyəri isə 45 milyon avro olaraq qiymətləndirilir.
Ederson 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 41 matçda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, braziliyalı futbolçu 2026-cı il dünya çempionatının Mərakeşlə keçirilən ilk tur matçında (1:1) iştirak etməyib.
Bu transfer "Mançester Yunayted"in cari yay transfer pəncərəsindəki ilk rəsmi heyət gücləndirməsi olacaq.