Cəlilabad rayonu ərazisində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:52-də qeydə alınıb. Maqnitudası 3,2 olan zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib. Qeyd olunub ki, təkanlar əhali tərəfindən hiss edilməyib.