Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan PUA ilə narkotik gətirənlər tutuldu

2 dəq
Paylaş:
İrandan PUA ilə narkotik gətirənlər tutuldu

Dövlət Sərhəd , İrandan a pilotsuz uçuş aparatı (PUA) ilə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən PUA səsi eşidilib və daha sonra həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Həyata keçirilən sərhəd axtarışı və tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1993-cü il təvəllüdlü Natiq Vahid oğlu1995-ci il təvəllüdlü Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə əraziyə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax