Operativ Məlumat Mərkəzi

Bakıda sürücü həbs olunub

2 dəq
Paylaş:
Bakıda sürücü həbs olunub

Bakıda qəbul edərək idarə edən sürücü barəsində inzibati həbs qərarı verilib.

Baş Dövlət İdarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün qeyri-adekvat davranışları şübhə doğurub. Aparılan araşdırma nəticəsində məlum olub ki, E.Veyisov altı ay əvvəl də narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Növbəti tibbi müayinə zamanı sürücü yenidən narkotik maddə qəbul etdiyini etiraf edib.

Eyni qanunazidd əməlin təkrar törədilməsi nəzərə alınaraq, məhkəmənin qərarı ilə Elyar Veyisov 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, narkotik vasitələrin təsiri altında vasitəsi idarə etmək yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Qurum bu cür hüquqazidd hallara qarşı qətiyyətli və ardıcıl tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax