Operativ Məlumat Mərkəzi

Narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

2 dəq
Paylaş:
Narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində qayda pozuntularına yol verən “Range...

DİN-in Baş Dövlət İdarəsinin 11-ci taqımının əməkdaşları Ələt–Astara yolunun 143-cü kilometrində qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sürücü Əli Rəsulov məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edib. Aparılan araşdırma zamanı onun vasitəsini narkotik vasitənin altında, sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə sürücü inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirib ki, qaydalarını kobud şəkildə pozan və digər iştirakçılar üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyə uyğun qəti tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdiriləcək.

Qurum vurğulayıb ki, əsas məqsəd cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq və yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax