Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dmitri Vorobyov "Krasnodar"a keçir: Transferin məbləği açıqlandı

1 dəq
Paylaş:
Dmitri Vorobyov "Krasnodar"a keçir: Transferin məbləği açıqlandı

Moskvanın "" klubunun hücumçusu yaxın günlərdə rəsmən ""ın futbolçusu olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 28 yaşlı Rusiya millisinin üzvünün transferi ilə bağlı danışıqlar artıq yekunlaşıb.

"Mutko protiv" teleqram kanalının məlumatına görə, tərəflər keçidin maliyyə şərtləri üzrə razılığa gəliblər. Bildirilir ki, "Krasnodar" bu üçün 7 milyon avro ödəyəcək.

Mənbənin iddiasına əsasən, razılaşmanın əldə olunmasında "Krasnodar"ın sahibi Sergey Qalitskinin müdaxiləsi mühüm rol oynayıb. Onun klub rəhbərliyi ilə apardığı danışıqlardan sonra transfer məsələsi müsbət həllini tapıb.

Qeyd edək ki, Dmitri "Krasnodar" akademiyasının yetirməsidir. Hücumçu daha əvvəl klubun əsas komandasında cəmi bir oyunda meydana çıxıb.

Futbolçu ötən mövsüm "Lokomotiv"in heyətində 34 matç keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax