Moskvanın "Lokomotiv" klubunun hücumçusu Dmitri Vorobyov yaxın günlərdə rəsmən "Krasnodar"ın futbolçusu olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 28 yaşlı Rusiya millisinin üzvünün transferi ilə bağlı danışıqlar artıq yekunlaşıb.
"Mutko protiv" teleqram kanalının məlumatına görə, tərəflər keçidin maliyyə şərtləri üzrə razılığa gəliblər. Bildirilir ki, "Krasnodar" bu transfer üçün 7 milyon avro ödəyəcək.
Mənbənin iddiasına əsasən, razılaşmanın əldə olunmasında "Krasnodar"ın sahibi Sergey Qalitskinin müdaxiləsi mühüm rol oynayıb. Onun klub rəhbərliyi ilə apardığı danışıqlardan sonra transfer məsələsi müsbət həllini tapıb.
Qeyd edək ki, Dmitri Vorobyov "Krasnodar" akademiyasının yetirməsidir. Hücumçu daha əvvəl klubun əsas komandasında cəmi bir oyunda meydana çıxıb.
Futbolçu ötən mövsüm "Lokomotiv"in heyətində 34 matç keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.