Dini Komitənin sədri İstanbul müftisi ilə görüşüb

Dini Komitənin sədri İstanbul müftisi ilə görüşüb
31.05.2024 09:46
Aa
dəq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyəyə səfəri çərçivəsində İstanbul müftisi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə komitədən məlumat verilib.

Bildirilib ki, mayın 30-da nümayəndə heyəti İstanbul müftisi Safi Arpaquş ilə görüşüb. Görüşdə Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı, xalqımızın bu gün də tolerantlıq və multikulturalizm ənənələrini qoruduğu, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə mühüm töhfələr verdiyi vurğulanıb. Azərbaycan və Türkiyə prezidentlərinin siyasəti bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaradır.

Sonra nümayəndə heyəti “Zeynəbiyə məscidi və Mədəniyyət Mərkəzi”ndə olub. Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz nümayəndə heyətinə Türkiyə Cəfəri icması, eləcə də “Zeynəbiyə məscidi və Mədəniyyət Mərkəzi”nin fəaliyyəti barədə məlumat verib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov öz növbəsində Azərbaycanın zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən dövlət-din münasibətləri, yüksək tolerantlıq mühiti haqqında danışıb. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, o cümlədən, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti “İstanbul 29 Mayıs Üniversitesi”ni də ziyarət edib. “İstanbul 29 Mayıs Üniversitesi”nin rektoru Mustafa Sinanoğlu Aİİ ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Nümayəndə heyətinin İslam Araşdırmaları Mərkəzinin rəhbəri Murtəza Bədirlə keçirdiyi görüşdə isə din xadimlərinin yetişdirilməsi, İslam dini, eləcə də İslamın tarixi, sivilizasiyalararası münasibətlərdə rolu ilə bağlı elmi araşdırmaların əhəmiyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu