Dəyəri 8 milyon manat olan narkotik vasitə ələ keçirilib - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Dəyəri 8 milyon manat olan narkotik vasitə ələ keçirilib - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
03.02.2024 11:40
Aa
dəq

“Qara bazarda" dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu