Dəyəri 5 milyon manat olan narkotik dövriyyədən çıxarılıb

Dəyəri 5 milyon manat olan narkotik dövriyyədən çıxarılıb
16.10.2023 11:15
Aa
dəq

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarə əməkdaşları son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu, 1 ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər – Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu