Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX müstəntiqlərinin vəsatəti əsasında təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edərək, təqsirləndirilən şəxs barəsindəki həbs müddətini daha 4 ay artırıb.
Qeyd edək ki, o, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilib.
Xatırladaq ki, istintaqa cəlb olunan Ə.Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham irəli sürülüb.