Operativ Məlumat Mərkəzi

Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə,...

Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər