Köçürülən 10 ailə Ağalıya çatıb - YENİLƏNİB

Köçürülən 10 ailə Ağalıya çatıb - YENİLƏNİB
03.03.2023 16:20
Aa
dəq

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, martın 3-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailənin 44 üzvündən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb.

30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. 

 

15:36***

Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə - 44 nəfər doğma yurdlarına köçürülüb.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Onlar Zəngilan rayonunun Ağalı kəndində peşə ixtisaslarına və qabiliyyətlərinə uyğun olaraq işlə təmin olunacaqlar. Ağalı kəndində sakinlər üçün müasir standartlara uyğun, zəruri sosial-texniki infrastruktur mövcuddur.

Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin üçüncü mərhələsinin yekunudur. Ağalı kəndinə növbəti ailələrin köçürülməsi ilə kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunub. Doğma yurda köçürülmə isə davam etdiriləcək.

Həftənin ən çox oxunanları

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər
DAVAMIN OXU davamın oxu

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu