Operativ Məlumat Mərkəzi

COP29-da iqlim savadlılığı ilə bağlı müzakirələr aparılıb

1 dəq
Paylaş:
COP29-da iqlim savadlılığı ilə bağlı müzakirələr aparılıb
tədbirin məqsədi QHT nümayəndələrinin, o cümlədən gənc iqlim fəallarının təşəbbüskarlığını artırmaq olub. Tədbir çərçivəsində “QHT-lər üçün iqlim...

COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi “İqlim savadlılığı və ekoloji layihə idarəetməsi üçün kommunikasiyanın gücləndirilməsi: QHT və gənc ekofəallar üçün bilik və bacarıqların artırılması” adlı yan tədbir təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirin məqsədi QHT nümayəndələrinin, o cümlədən gənc iqlim fəallarının təşəbbüskarlığını artırmaq olub.

Tədbir çərçivəsində “QHT-lər üçün iqlim savadlılığında kommunikasiya və media strategiyalarının təkmilləşdirilməsi”, “Ekoloji layihələrin idarə edilməsində trendlər və innovativ yanaşmalar”, “Ekoloji layihələr üzrə “beyin fırtınası” və ideyaların ərsəyə gəlməsi” mövzularında praktiki seminarlar təşkil edilib.

Mövzu ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər