Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lenqle "Atletiko"dakı gələcəyi ilə bağlı qərarını verdi

1 dəq
Paylaş:
Lenqle "Atletiko"dakı gələcəyi ilə bağlı qərarını verdi

Madridin "" klubu yay pəncərəsi dövründə heyətində dəyişikliklərə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM”İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi və məşqçilər heyəti mərkəz müdafiəçisi ilə yollarını ayırmağı planlaşdırır.

"Matrasçılar" fransalı oyunçunu komandada görmək istəmirlər.

Buna baxmayaraq, 30 yaşlı futbolçu özü klubunu tərk etmək niyyətində deyil. Lenqlenin klubla olan müqaviləsi daha iki il qüvvədədir və o, kifayət qədər cəlbedici təklif almayacağı təqdirdə, yaxın gələcəkdə komanda dəyişməyi düşünmür.

Xatırladaq ki, Lenqle bir il əvvəl "Barselona"dan azad agent statusu ilə "Atletiko"ya keçmişdi. O, ötən mövsüm Dieqo Simeonenin rəhbərliyi altında bütün turnirlərdə 24 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax