Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar və orada onun səhhəti pisləşib.
Bu gün daha əvvəl məlumat verilmişdi ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin apardığı cinayət istintaqı çərçivəsində 6 nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemlərində əli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.