Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.