Bu şərtlərdə razılaşılarsa sülh müqaviləsi imzalana bilər - AÇIQLAMA

Bu şərtlərdə razılaşılarsa sülh müqaviləsi imzalana bilər - AÇIQLAMA
02.09.2024 11:27
Aa
dəq

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasında dəyişikliklər edilməsidir. Çünki həmin konstitusiyada həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var.

Amma Ermənistan Ədliyyə Nazirliyindən bildirilib ki, Ermənistanda Konstitusiyaya dəyişiklik üzrə referendum 2027-ci ildə keçirilə bilər. Amma qarşıda hələ 3 il var…Belə olduqda isə bir sıra suallar ortaya çıxır.

2027-ci ildə ediləcək konstitusiya dəyişikliyi sülh müqaviləsinin imzalanması üçün çox gec deyilmi? Bu proses sülh müqaviləsinin imzalanma prosesini ləngidə bilərmi? Sülh müqaviləsinin imzalanması üçün bunu tezləşdirmək mümkündürmü?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Politoloq Mətin Məmmədli deyir ki, Ermənistanın Ədliyyə Nazirirliyi açıqlama verdi ki, konstitusiya ilə bağlı referendum 2027-ci ildə keçiriləcək:

Mətin Məmmədli: “Ermənistan Azərbaycana qarşı xeyli hərbi cinayətlər  törədib”

“Bu açıqlamadan əvvəl Paşinyan Konstitusiya İslahatlar Şurasına tapşırıb ki, yeni konstitusiya layihəsini 2026-cı ilin sonuna qədər təqdim etsinlər. Yəni bu ondan xəbər verir ki, yaxın zamanlarda Ermənistan konstitusiyası dəyişməyəcək. Bu da sülh prosesinə öz mənfi təsirini göstərir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarını özündə ehtiva edən konstitusiyasını və digər normativ sənədlərini dəyişdirməlidir”.

Politoloq qeyd edir ki, Ermənistan qeyri konstruktiv mövqe nümayiş etdirir. Hətta biz onlara təklif etdik ki, yaxın zamanda konstitusiyanı dəyişdirmək mümkün olmasa belə, ən azından baza prinsiplərini razılaşdırmaq və çərçivə sənədi imzalamaq olar. Bu təkliflərə belə onlar qeyri müəyyən yanaşdılar. Bu da sülh prosesinə mənfi təsir göstərir, danışıqların ləngiməsinə səbəb olur.

Digər müsahibimiz hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, Ermənistan 2027-ci ilə qədər konstitusiyasını dəyişməyəsə, sülh müqaviləsi də imzalanmayacaq:

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

“Belə olduqda isə Ermənistan Azərbaycan arasındakı dövlət sərhədi tam formalaşmayacaq, praktiki bəzi yerlər cəbhə zonası kimi qalacaq, 3 il ərzində sərhədboyu atışmalar olacaq. Məsələ belə olduqda isə çox şey baş verə bilər. Sülh müqaviləsi bu gün Ermənistan üçün daha vacibdir. Ermənistan bu məsələni 2027-ci ildə həll edəcəksə, bu onun öz problemidir”.

A.İsazadə deyir ki, burda ikinci variant da var. Ermənistan Azərbaycana vədlər verməli və konstitusiya dəyişənə qədər keçid periodu elan olunmalıdır. Ermənistan Azərbaycanı inandırmalıdır ki, Azərbaycan  keçid periodunda sülh müqaviləsinə qol çəksin və 2027-ci ilə qədər gözləsin ki, referendumda bu məsələlər öz təsdiqini tapsın. Ermənistan 2027-ci ildə verdiyi vədlərə əməl etməsə, Azərbaycan da bu müqavilədən çəkilməlidir.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu