Operativ Məlumat Mərkəzi

Bu gün Abşeron rayonunda qaz olmayacaq

1 dəq
Paylaş:
Bu gün Abşeron rayonunda qaz olmayacaq
Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"...

Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, "Masazır" qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər