Bolqarıstan Ukraynanın Rusiyadan gələn boru kəmərlərinin tədarükünü əngəlləməsindən sonra Macarıstana neft tədarükünü təmin etmək üçün yardım təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Bolqarıstanlı həmkarım (Bolqarıstanın xarici işlər naziri Dimitar Qlavçev) Ukraynanın neft tranzitinə qoyulan qadağanın yaratdığı çətinliklərin öhdəsindən gəlməkdə köməklik göstərməyi təklif etdi”,- deyə o bildirib.