Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Bişkek görüşü sülh prosesində ümidverici mərhələ yaradır” - Əli Zülfüqaroğlu

3 dəq
Paylaş:
“Bişkek görüşü sülh prosesində ümidverici mərhələ yaradır” - Əli Zülfüqaroğlu

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Respublikasının Prezidenti İlham Əliyevin Respublikasının Nikol Paşinyan ilə görüşü keçirilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, görüşlə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib.

Əli Zülfüqaroğlu bildirib ki, İlham Əliyevin Nikol Paşinyanla görüşü sülh prosesi baxımından müsbət tendensiyadan xəbər verir.

photo_315237.webp?v=MTY6MDEyMDI2LTAyLTE5IDE1OjA1OjIx

Onun sözlərinə görə, indiyədək sülh prosesinin inkişafı və etimad mühitinin formalaşması istiqamətində, xüsusilə tərəfindən mühüm addımlar atılıb.

Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması, Azərbaycan yanacağının Ermənistana ixracı, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, Vaşinqton Bəyannaməsi və digər proseslər sülh prosesinə müsbət təsir göstərib.

Siyasətçi qeyd edib ki, liderlər arasında bu məsələlərin yenidən müzakirə olunması və prosesin müsbət qiymətləndirilməsi ümidverici amildir.

Əli Zülfüqaroğlu vurğulayıb ki, bir sıra istiqamətlərdə irəliləyişlər olsa da, Azərbaycan üçün əsas məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı konkret addımların atılmasıdır.

“Son seçkidə hakim partiyanın konstitusion çoxluq əldə etməməsi düşündürücü məqamlardan biridir. Ermənistanda şəffaf seçkinin keçirilməməsi belə bir ehtimal yaradır ki, Paşinyan hökuməti Azərbaycanın təzyiqlərindən sığortalanmaq və referendumu gecikdirmək üçün bu nəticənin əldə olunmasına çalışa bilər”, – deyə o bildirib.

Siyasi şərhçinin sözlərinə görə, bu vəziyyətə xarici təzyiqlər və daxili amillər də təsir göstərə bilər.

“İstənilən halda sülh prosesinin həlledici məqama yaxınlaşması və bölgədə sabitliyin möhkəmlənməsi üçün Paşinyan hökuməti bu istiqamətdə də konkret addımlar atmalıdır”, – deyə Əli Zülfüqaroğlu əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə