Operativ Məlumat Mərkəzi

Biləcəridə əl qumbarası aşkarlanıb

1 dəq
Paylaş:
Biləcəridə əl qumbarası aşkarlanıb
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində sursat aşkar edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Fövqəladə...

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində sursat aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı iki RQD-5 əl qumbarası və iki ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər