Hücumçu Lionel Messi "Barselona"ya qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Belə ki, "Barselona" Leo ilə müqavilə imzalamağın gələn mövsüm gəlirin 25-30%-ni təşkil edə biləcəyinə inanır.
Klub Messi ilə iki il müddətinə müqavilə imzalamaq niyyətindədir.