Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% olub

Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% olub
03.10.2023 11:19
Aa
dəq

Bankların sosial göstəriciləri üzrə ümumi işçi və müxtəlif idarəetmə səviyyələrində xanım əməkdaşların, fiziki qüsurlu əməkdaşların sayı, yaş qrupları üzrə əməkdaşların paylanması, işçi dövriyyəsi, təlim təhsil büdcəsi, analıq məzuniyyəti götürmüş əməkdaşların sayı, iş yeri təhlükəsizliyinin və əməkdaşların sağlamlığının qorunması üzrə məlumatlar təqdim edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzi Bankdan bildirilir.

Ümumi olaraq, qeyd etmək lazımdır ki, xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub.

Bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil etmişdir. Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür.

Həftənin ən çox oxunanları