Baltalanacaq nəslin nümayəndəsi olmaq, yoxsa aqressiyanın qarşısını almaq?

Baltalanacaq nəslin nümayəndəsi olmaq, yoxsa aqressiyanın qarşısını almaq?
29.07.2024 17:22
Aa
dəq

Cəmiyyətimizdə yaranan zorakılıq və şiddət halları gün keçdikcə daha da artır. Bir gün gənc bir oğlan çıxır və ailəsinin 5 üzvünü balta ilə qətlə yetirir, bir gün bir məktəbli özündən "zəif" sinif yoldaşına bullinq tətbiq edərək "yumurtalayır", bir gün başqa bir gənc oğlan həyat yoldaşını yüksək mərtəbəli binadan ataraq əzab-əziyyətlə işgəncə verərək öldürür, bir digər gün Xalq artisti xəstəxananın həyətində mühafizə xidmətinə balta atır... Hələ davam etsək, bu siyahı belə uzanıb gedəcək.

Bəs nədir cəmiyyətin beyninə və şüuruna hopan bu aqressiyanın səbəbi? Bu halın qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Qarşısı alınmasa gələcəkdə bizdə “baltalanan nəslin” nümayəndəsi olacayıq? 

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, aqressiyanın artma səbəbi hər gün mürəkkəbləşən və həssaslaşan cəmiyyətdə vacib olan işlərin görülməməsidir: 

"Bir mütəxəssis olaraq bu vəziyyət məni narahat edir. Nəzər salsanız görərsiniz ki, son 20-30 ildəki müsahibələrimdə, açıqlamalarımda haray çəkib deyirəm ki, bu vəziyyətlə bağlı hazırlıq görmək lazımdır. Bunun üçün çox ciddi və mühüm işlər görməliyik. Məsələn, insanların fiziki sağlamlığını qoruması üçün səhiyyə sistemi lazımdır. Təsəvvür edin həkimlər və səhiyyə sistemi olmasa, insanların fiziki sağlamlığı nə halda olar".

EHMEDQESEMOGLU.jpg

Ə.Qəşəmoğlu deyir ki, fiziki sağlamlıqla yanaşı mühüm olan faktorlardan biri də insanların mənəvi sağlamlığı ilə bağlı maarifləndirilməsidir. Bunun üçün isə sosial problemlər yüksək səviyyədə həll olunmalıdır. Amma bu işlərə ölkəmizdə lazımi diqqət yetirilmir. Bizim çox savadlı sosial işçi şəbəkələrimiz olmalıdır. Bunun üçün də universitetlərdə formal sosial işçilər yox, ciddi və savadlı sosial işçilər hazırlamaq lazımdır.

"Hər bir məhəllədə sahə müvəkkilləri kimi bir neçə qrup halında çalışan sosial işçilər olmalıdır. Onlar üçün ayrılmış dairələrdə daim əhali arasında baş verən prosesləri öyrənməli, ailələr ilə əlaqə saxlamalıdırlar. Bir var polisin ailələr ilə əlaqə saxlamağı, bir də var ki sosial işçinin. Hər kəs öz dairəsində baş verən prosesləri dərindən öyrənməli və bu sahədə lazımi proflikatik tədbirlər görməlidir. Eyni zamanda, həmin sosial işçilər insanlara sosial müdafiə sistemindən bəhrələnməyi öyrətməli, bu sahədə olan problemləri həll etmək üçün kömək etməlidirlər. Bu gün bizim cəmiyyətdə belə savadlı sosial işçilər şəbəkəsinin yaranmasına çox böyük ehtiyyac var".

Digər müsahibimiz Samirə Bağırova isə deyir ki, aqressivliyin səbəbləri çoxdur, amma əsas mənbəyi sosial şəbəkələrə bağlıdır. 

samire1.jpg

"İnsanlar özlərini şüuraltı başqaları ilə müqayisə edir. Uğurlu həyat, səyahətlər, geyimlər, görünüşlər, baxımlı olmaq və izləyənlərin realizə olunmayan istəkləri toplanır, zamanla insanları depressiv və aqressiv birinə çevirir. Yaxud ancaq xəstəliklər, bədbəxt hekayələrlə dolu səhifələri izləyən kütləyə də bu təsir edir".

Psixoloq qeyd edir ki, insanlar xoşbəxt və gözəl paylaşımlara neqativ şərhlərlə hücum çəkirlər, amma bədbəxtliklər normal reaksiya ilə qarşılanır. Çünki mənəvi cəhətdən varlı insanlar daha azdır. İnsanların məşğul olacaqları əlavə hobbiləri yoxdur. Bu gün telefon və sosial şəbəkə çoxunun ən önəmli hobbisidir. Bu isə beyinləri idarə edir. İzlənilən hər şey şüuraltında kök salır. Belə olduqda isə insanlar emosiyalarına, və qərarlarına kontrolu itirmiş olurlar. 

Child Helpline Azerbaijan - Child Helpline Azerbaijan

"Cəmiyyədə intihar, ailə daxili zorakılıq, bullinq və təcavüz kimi neqativ hallar çoxalıb. Təəssüflə etiraf etmək lazımdır ki, həm məktəblərdə, həm də evlərdə o qədər deqradasiyaya uğramış bir vəziyyətdəyik ki, bundan daha betəri varmı deyə insan düşünə bilmir. Çünki hər gün daha betər hallarla üzləşirik".

Bu sözləri sosioloq Lalə Mehralı saytımıza açıqlaması zamanı bildirib.

Sosioloq: Sifarişlə hədiyyə tələb edən müəllimlər də var

Sosioloqun sözlərinə görə cəmiyyətdə hamı aqressivlik və zorakılıq göstərmək üçün fürsət gözləyir. İnsanlar nəyisə söhbət edərək müzakirə etməkdən çəkinirlər. Bunun da səbəbi müasir dövrdə empatiya hissinin məhv olmasıdır. Bütün aqressiyanın kökündə isə məhz bu dayanır. Araşdırsaq cəmiyyətdə aqressiyanın artmasının bir yox, onlarla, hətta yüzlərlə səbəbi var: 

"Aqressiv olmağımıza ekoloji vəziyyət, hər gün pozulan eko-sitem, qidalanma, oxuduğumuz xəbərlər, baxdığımız televiziya verilişləri, izlədiyimiz filmlərin hər biri təsir göstərir. Axşam aqressiv bir verilişə baxıb, həmin emosiya ilə sabah oyanıb avtobusda, yolda, işlədiyimiz kollektivdə aqressiya göstərməyimiz tamamilə normaldır. Çünki beynimizin kökləndiyi nöqtə mənfi haldır. İnsanları sosial verilişlər altında aqressiyaya kökləyirlər. Sosial verilişlər hər gün cəmiyyətinin korlanmasının təməlini qoyur".

L.Mehralı deyir ki, verilişlərin necə təqdim olunması insan psixologiyasına öz təsirini göstərir. Bir proqramla insanı qatil də etmək olar, humanist insan da. Qarşısı alınmasa, bizi çox böyük faciələr gözləyir. Bu halların qarşısını almaq üçün ciddi formada nəzarət aparılmalıdır. Həm qidalanmaya, həm ekoloji sistemin stabilləşməyinə, həm efirlərdə izlənilən kütləvi proqramlarına diqqət ayrılmalıdır. 

“Bu verilişlərin əlçatanlığı hamı tərəfindən eynidir. Bir var ki, müəyyən ödəniş edib hansısa filmə baxasan. Bu, şəxsi və azad iradədən asılıdır. Biri də var ki, kütləvi izlənməyə açıq olan verilişlərdə bu zorakılığı kütləyə təqdim edəsən. Həmin verilişlərə 10 yaşındakı uşaqlar da baxır, 70 yaşlı ahıl insanlar da. Biz görürük ki, bu 10 yaşındakı uşaqlar məktəbdə həmyaşıdlarına qarşı bullinq tətbiq edirlər, 70 yaşındakı ahıl insanlar da öz həyat yoldaşlarını, ailə üzvlərini bıçıqlayıb öldürürlər”, - deyə sosioloq bildirdi.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu