Yanvarın 27-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində çiskinli yağış, ölkənin rayonlarında isə qar yağacağı proqnozlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Azərbaycanda hava necə olacaq? – Yanvarın 23-nə olan proqnoz
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 2–4, gündüz isə 4–6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunu, nisbi rütubət isə 75–85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, yağıntılar əsasən qar şəklində olacaq. Lənkəran–Astara zonasında yağıntıların intensivləşəcəyi ehtimal edilir. Ayrı-ayrı ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5–9 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 6–11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimal olunur.