Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Baku Electronics" piyada səkisini zəbt etdi - Şirkət və İcra Hakimiyyəti SUSDU

3 dəq
Paylaş:
"Baku Electronics" piyada səkisini zəbt etdi - Şirkət və İcra Hakimiyyəti SUSDU

Xırdalan şəhərində yeni istifadəyə verilməsi nəzərdə tutulan "Baku " mağazasının qarşısında aparılan sakinlərin və piyadaların ciddi narazılığına səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM”-in qaynar xəttinə daxil olan videoçəkilişlərdə mağazanın giriş hissəsində yeni pilləkənin inşa edildiyi və bunun nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunduğu aydın görünür.

Bildirilir ki, obyektin kənarlarında artıq iki pilləkən mövcuddur. Əlavə üçüncü pilləkənin tikilməsi isə piyada keçidini daha da daraldaraq xüsusilə yaşlıların, uşaq arabası ilə hərəkət edən valideynlərin və fiziki məhdudiyyətli şəxslərin gediş-gəlişində ciddi çətinliklər yaradıb.

Məsələ ilə bağlı "Baku Electronics"in xidmətinə sorğu ünvanladıq. Şirkətdən aparılan tikinti işlərinin hüquqi əsasları, müvafiq icazələrin mövcudluğu və əlavə pilləkənin tikilmə zərurəti barədə açıqlama istədik.

Lakin şirkətin əməkdaşı Nigar Zeynalova açıqlamasında hazırda məzuniyyətdə olduğunu bəhanə edərək sualları cavablandırmaqdan imtina etdi. Məsələ ilə bağlı digər səlahiyyətli şəxsin əlaqə nömrəsini təqdim etmək xahiş edildikdə isə nümayəndəsi narazılıq edərək sorğuya cavab verilməyəcəyini qeyd etdi.

Bununla kifayətlənməyərək, piyada səki­sinin zəbt edilməsi ilə bağlı iddiaların və aparılan tikinti işlərinin hüquqi tərəflərinin araşdırılması məqsədilə Rayon İcra Hakimiyyətinə də rəsmi sorğu ünvanladıq.

Lakin bu sorğumuz da cavabsız qaldı.

Beləliklə, həm tikinti işlərini aparan şirkət, həm də ərazidəki vəziyyətə münasibət bildirməli olan aidiyyəti dövlət qurumu ictimaiyyəti maraqlandıran suallara cavab vermədi.

Burada əsas sual isə açıq olaraq qalır: əgər səkinin bir hissəsinin zəbt olunması ilə bağlı tikinti işləri qanun çərçivəsində aparılırsa, müvafiq icazələr və hüquqi əsaslar niyə ictimaiyyətə açıqlanmır?

Söhbət təkcə bir pilləkəndən getmir. Söhbət insanların gündəlik istifadə etdiyi piyada yolundan və onların təhlükəsiz, maneəsiz hərəkət hüququndan gedir.

Aidiyyəti qurumların və şirkətin bu məsələdə susması isə yaranmış sualları daha da artırır. İctimaiyyətin narahatlığına səbəb olan məsələ ilə bağlı açıqlama vermək əvəzinə sorğuların cavabsız buraxılması şəffaflıq baxımından qənaətbəxş görünmür.

Əgər hər şey qanunidirsə, bunu açıqlamaq niyə bu qədər çətindir?

“Baku Electronics” və Abşeron Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax