"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, müsabiqənin nəticəsinə əsasən, artıq xətti yeni daşıyıcı - "BakuBus" MMC istismar edir.
Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat təşkil edir.