Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyülərək xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi - OMM"-in məlumatına görə, 2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb.
O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.
Fakt araşdırılır.