Operativ Məlumat Mərkəzi

Bakıda yarımstansiyadan 12 ton yağ oğurlanıb

1 dəq
Paylaş:
Bakıda yarımstansiyadan 12 ton yağ oğurlanıb
Xəzər rayonunda yarımstansiyadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən...

Xəzər rayonunda yarımstansiyadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun Qala qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən yarımstansiyaların birindən 12 ton yağ oğurlamağa görə Bakı şəhər sakinləri - S.Hüseynov, E.Kərimov, Ə.Rzayev və Şəmkir rayon sakini V.Məmmədli şübəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər