Operativ Məlumat Mərkəzi

Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alınıb - VİDEO

1 dəq
Paylaş:
Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi və Şəmkir rayonunun “Kraz yolu” deyilən ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər