Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb

Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
21.05.2024 11:24
Aa
dəq

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.

Baş İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb. Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu