Bakıda özünü polis kimi təqdim edən şəxs 30 taksi sürücüsünün pulunu alıb

Bakıda özünü polis kimi təqdim edən şəxs 30 taksi sürücüsünün pulunu alıb
25.04.2023 15:57
Aa
dəq

Bakıda özünü polis kimi təqdim edən şəxs 30 taksi sürücüsünün pulunu alıb.

Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb.

Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar.

Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.

“Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.

Həftənin ən çox oxunanları

"Semka" ləqəbli "TikTok"er saxlanıldı - FOTO

DAVAMIN OXU davamın oxu

2 ton narkotik məhv edilib - VİDEO

2 ton narkotik məhv edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib
DAVAMIN OXU davamın oxu

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
DAVAMIN OXU davamın oxu