Operativ Məlumat Mərkəzi

Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - FOTO

1 dəq
Paylaş:
Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - FOTO
bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat yayılıb. Məlumata əsasən, həmin ərazilərdə qiymət tənzimlənməsi tətbiq...

Bakı şəhərində ödənişsiz parklanma yerləri təşkil edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, həmin ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb.

Görülən işlər nəticəsində 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edilib. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər