Bakıda narkotikə görə 81 nəfər saxlanılıb

Bakıda narkotikə görə 81 nəfər saxlanılıb
23.10.2023 14:18
Aa
dəq

Bakının Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Azərbaycan ordusunun əsgəri öldü

Azərbaycan ordusunun əsgəri öldü
DAVAMIN OXU davamın oxu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bu İcra Hakimiyyətində əməliyyat keçirildi, saxlanılan var -RƏSMİ

Bu İcra Hakimiyyətində əməliyyat keçirildi, saxlanılan var -RƏSMİ
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu