Operativ Məlumat Mərkəzi

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib

1 dəq
Paylaş:
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib
bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının,...

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər