Operativ Məlumat Mərkəzi

Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb

1 dəq
Paylaş:
Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb
Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN)...

Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 4-də paytaxtın Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri - Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər